16 
Mar
2017
08:40
59
10
1891
Virtual karabakh

Avropa Liqasında 1/4 finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Bu komandalar arasında bir həftə öncəki qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Ona görə "qartallar"a mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayət edir.

Səfərdən eyni hesablı heç-heçə ilə dönən İngiltərə “Mançester Yunayted”i və Almaniyanın “Borussiya” (Münhenqladbax) komandası ilə yanaşı, qələbə qazanmağı bacaran Belçikanın “Gent” və “Anderlext” komandaları da 1/4 finala vəsiqə baxımından üstünlüyə malikdirlər.

Avropa Liqası, 1/16 final, cavab görüşləri

16 mart

22:00. “Beşiktaş” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, “Vodafone Arena”

İlk oyun - 1:1

22:00. “Krasnodar” (Rusiya) - “Selta” (İspaniya)

Baş hakim: Ruddi Buke (Fransa)

Krasnodar stadionu

İlk oyun - 1:2

22:00. “Genk” - “Gent” (Hər ikisi Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Genk, “Luminus Arena”

İlk oyun - 5:2

17 mart

00:05. “Borussiya” (Münhenqladbax) - “Şalke” (Hər ikisi Almaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Münhenqladbax, “Borussia-Park” stadionu

İlk oyun - 1:1

00:05. “Anderlext” (Belçika) - APOEL (Kipr)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Brüssel, “Konstant Vanden Stok” stadionu

İlk oyun - 1:0

00:05. “Ayaks” (Hollandiya) - “Kopenhagen” (Danimarka)

Baş hakim: İvan Krujlyak (Slovakiya)

“Amsterdam ArenA”

İlk oyun - 1:2

00:05. “Roma” (İtaliya) - “Lion” (Fransa)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

Roma, “Olimpiko” stadionu

İlk oyun - 2:4

00:05. “Mançester Yunayted” (İngiltərə) - “Rostov” (Rusiya)

Baş hakim: Gediminas Majeyka (Litva)

Mançester, “Old Trafford” stadionu

İlk oyun - 1:1

A.S.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İdman xəbərləri