17 
Mar
2017
18:27
100
222
3326
Virtual karabakh

Yoahim Löv: Azərbaycan yığmasının asan rəqib olmadığından xəbərdarıq

“Hədəfimiz dünya çempionatına mümkün qədər tez vəsiqə əldə etməkdir. Biz hələlik doğru yoldayıq. Biz bu vəzifəyə Bakıda ara vermək istəmirik”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komandasına əmindir: 

“Azərbaycan yığmasının Bakıda asan rəqib olmadığından xəbərdarıq. Ötən il bu komanda Norveçi məğlub edib. Amma mənim oyunçularıma böyük əminliyim var. Bilirəm ki, doğru qərarlar tapmaq üçün imkanlara malikik. Öz oyunumuzu sərgilədikdə güclü təsir bağışlayırıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. 

E.Ə.
www.oxu.az

 

Digər İdman xəbərləri