17 
Mar
2017
15:42
164
20
2814
Virtual karabakh

Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb

17 Mar, 2017
15:42
2814

Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Ayntraxt” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının futbolçusu Renat Dadaşov ilk dəfə Azərbaycan millisinə dəvət alıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına çağırılıb.

O, martın 19-da Bakıya gələrək Bundestimlə görüşün hazırlıq prosesinə qatılacaq.

Qeyd edək ki, Renat Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Hazırda Almaniyanın “Ayntraxt” klubunun U-19 yığmasında çıxış edən Renat Dadaşovun müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. 

O, cari mövsümdə klubun heyətində 11 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri