17 
Mar
2017
20:03
238
38
6434
Virtual karabakh

Mourinyo oyun zamanı futbolçusuna banan verdi – VİDEO

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyun zamanı tamaşaçıları heyrətləndirib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İngiltərədə Rusiya “Rostov”unu qəbul edən “Mançester Yunayted”in baş məşqçisi maraqlı addım atıb.

Belə ki, baş məşqçi oyun zamanı acdığını deyən futbolçusu Marcos Roxoya banan soyub verib. 

Qeyd edək ki, qarşılaşma 1-0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. “Mançester Yunayted” bu nəticə ilə  Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri