17 
Mar
2017
17:10
18
114
2130
Virtual karabakh

Rusiyalı ekspert Maffeyinin tənqidindən danışdı

17 Mar, 2017
17:10
2130

Rusiyalı ekspert Maffeyinin tənqidindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1”-in məşhur eksperti və “Manuskript” agentliyinin direktoru Oksana Kosaçenko “Liberty Media”nın icraçı direktoru Qreq Maffeyin Azərbaycanın paytaxtında keçiriləcək Qran-prinin təşkili və keçirilməsinə dair qərəzli çıxışlarına “Avtosport” saytında cavab verib. 

Oxu.Az xəbər verir ki, Oksana Kosaçenko “Formula 1”-in kommersiya hüquqlarının sahibi olan iri şirkətin rəhbəri ilə diskussiyaya girməyin lazım olmadığını bildirib. 

Onun sözlərinə görə, yəqin ki, uzaq Koloradoda Bakıda yalnız “Formula 1”-in deyil, ümumilikdə idmanın populyarlaşdırılması üçün hansı işlərin görüldüyü, həm Avropa, həm də dünya səviyyəsində müxtəlif idman növləri üzrə çempionatlarının keçirildiyi idman arenalarının ucaldılması daha yaxşı sezilir. 

“Mənə elə gəlir ki, ölkədə olmadan Azərbaycan promouterlərinin səylərinin yetərli olmadığına dair qərar çıxarmaq qəribədir. Qreq Maffeyin bu bəyanatları bir həftə öncə edilib, amma mətbuatda məhz bütün dünyadan olan jurnalistlərin Bakıya gəldiyi və Devid Kultxardın burada olduğu gün yayılıb.

SNN, Sun, BeIndən olan həmkarlarımızın dilindən həm şəhər, eləcə də F1 yarışlarının təşkilinə dair pozitiv fikirlər eşitdim. Düşünmürəm ki, “Formula 1”-in yeni sahibləri Qran-pri haqqında, əvvəlcə yarışçı, indi isə ən yaxşı şərhçilərdən biri olan şəxsdən daha çox şey bilsinlər”.

“Formula 1”-in eksperti qeyd edib ki, Bakı mərhələsini, Sinqapur, Abu-Dabi və ya ənənəvi Avropa yarışları ilə müqayisə etməyin mənası yoxdur. 

“Azərbaycanda avtomobil idmanı yoxdur deyəndə, burada hələ ilk kartinq trasını indi tikirlər. Sadəcə hazırda əvvəllər olmayan tələbat yaranıb. “Formula1” yarışlarının fanatlar klubu genişlənir.  

Avtomobil yarışlarını bir gün içində sevməyi tələb etmək olmaz. Uzunmüddətli iş tələb olunur. Yeri gəlmişkən, birinci Bakı Qran-prisinin tribunalarına yığılan 18 mindən çox azarkeşdə “Formula1”-in aktivində böyük göstəricidir, bu göstərici üçün “Liberty Media” 8 milyard ödəməyə çəkinməyib. Hər bir yarışın bu aktivə əlavə etdiyi töhfəni qiymətləndirməmək olmaz. 

Bundan sonra nə olacaq? Düşünürəm ki, Bakıdan olan əməkdaşlarımız müdrik davranacaq. Onlar sadəcə Qreq Maffeyi iyunun üçüncü bazar günü Azərbaycana dəvət edəcəklər. Bu səfərdən sonra isə məsələlər öz-özünə həll ediləcək”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri