18 
Mar
2017
21:54
247
33
4227
Virtual karabakh

“Neftçi” oyuna 1949-1950-ci illərin forması ilə çıxdı – VİDEO

“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XXIII turunda “İnter”lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur “Futbol marşı”nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.

Qeyd edək ki, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 42-ci dəqiqədə Huqo Barqas açıb. 70-ci dəqiqədə Rəhman Hacıyev növbəti qolu vurub. Bundan cəmi 1 dəqiqə sonra isə Nizami Hacıyev fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 26-ya çatdıran “Neftçi” 5-ci pilləyə yüksəlib. “İnter” isə 39 xalla 3-cü pillədə qalıb.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri