20 
Mar
2017
20:15
61
178
6003
Virtual karabakh

Zidanın oğlu qırmızı kart aldı – VİDEO

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes karyerasının ən pis oyununu keçirib.

 

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, “Kral klubu”nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi “Atletiko” ilə oyununda penaltidən yararlana bilməyib.

Fernandes 14-cü dəqiqədə şansını qaçırıb.

 

Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Görüş “Atletiko”nun qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Qeyd edək ki, Enzo Fernandes “Real Madrid”in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.

İ.N

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İdman xəbərləri