20 
Mar
2017
23:55
217
58
6837
Virtual karabakh

Almaniya millisi Azərbaycanla oyuna başqa qapıçı gətirəcək

20 Mar, 2017
23:55
6837

Almaniya millisi Azərbaycanla oyuna başqa qapıçı gətirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Almaniya milli komandası İngiltərə ilə yoldaşlıq görüşü və Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində ciddi zədə ilə üzləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer zədə üzündən qarşıdakı oyunları buraxmalı olacaq.

Yığmanın kapitanı olan 30 yaşlı qolkiper hazırda klubunun düşərgəsində müalicə olunur. Baş məşqçi Yoahim Löv komandaya Fransa “PSJ”sindən Kevin Trappı çağırıb. 26 yaşlı qolkiper bu gündən yığmaya qoşulacaq. 

Trapp əvvəllər 1 dəfə Bundestimin heyətinə cəlb olunsa da, meydana çıxmayıb. Löv qarşıdakı oyunlara Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya) və Bernd Lenonu (“Bayer”) da çağırıb.
Almaniya İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla isə martın 26-da Bakıda üz-üzə gələcək.

İ.N
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri