22 
Mar
2017
18:11
118
457
7265
Virtual karabakh

Yoahim Löv: Azərbaycana qarşı amansız olacağıq

22 Mar, 2017
18:11
7265

Yoahim Löv: Azərbaycana qarşı amansız olacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdakı oyunlara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bu amil bizə problem yarada bilər.

Oxu.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Bu gün İngiltərə ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Bundestim 4 gündən sonra DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olacaq.

Almaniya mətbuatına açıqlama verən Löv həm İngiltərə, həm də Azərbaycanla oyunları dəyərləndirib: 

“Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. İngiltərə ilə oyunöncəsi isə hazırlıq keçmək üçün çox vaxtımız olmadı. Buna baxmayaraq, arzularımızı həyata keçirmək üçün hər cür çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıyıq. Bunun ardından Azərbaycanla önəmli oyunumuz olacaq. Hər matçda olduğu kimi, yenə keyfiyyətli oyun sərgiləməyə çalışacağıq və amansız olacağıq”.

Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri