25 
Mar
2017
12:00
23
197
7372
Virtual karabakh

İrlandiya millisinin kapitanının Uelslə matçda ayağı sınıb – VİDEO

25 Mar, 2017
12:00
7372

İrlandiya millisinin kapitanının Uelslə matçda ayağı sınıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya-Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin “Everton” klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.

Matçdan sonra irlandiyalıların baş məşqçisi Martın Onil Şeymus Koulmanın ayağının sındığını bildirib.

Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb. 

İ.N.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri