25 
Mar
2017
14:39
57
181
16613
Virtual karabakh

AFFA “Renat Dadaşova milyon dollar” verilməsinə münasibət bildirib

25 Mar, 2017
14:39
16613

AFFA “Renat Dadaşova milyon dollar” verilməsinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, haqqin.az saytına açıqlama verən Mikayıl Nərimanoğlu, bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə bir neçə ay əvvəl razılıq vermişdi.

Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi”.

Qeyd edək ki, ötən gecə haqqin.az saytı Almaniyanın məşhur “Bild” nəşrinə istinadən Renat Dadaşovun Azərbaycan yığmasını pula görə seçdiyini yazıb.

Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən “Bild” bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını və ona mənzil hədiyyə edildiyini iddia edib.

Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri