25 
Mar
2017
16:18
311
112
25625
Virtual karabakh

Millinin futbolçularına fantastik mükafat vədi

25 Mar, 2017
16:18
25625

Millinin futbolçularına fantastik mükafat vədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah futbol üzrə dünya çempionatı 2018-in təsnifat mərhələsi çərçivəsində “C” qrupunda yer alan Azərbaycan yığması Almaniya komandası ilə qarşılaşacaq.

Oxu.Az-ın “Azerifootball” nəşrinə istinadən məlumatına görə, uduzmayacağı təqdirdə Azərbaycan millisinin futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Belə ki, yığmamız qələbə qazansa əsas heyətin oyunçuları hərəyə 100 min, oyuna sonradan daxil olmuş futbolçular 75 min, ehtiyatda qalan oyunçular isə 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75 faizi, ehtiyatda qalanlara isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri