25 
Mar
2017
17:58
283
61
4026
Virtual karabakh

Yoahim Löv: Azərbaycan millisində böyük irəliləyiş hiss olunur

25 Mar, 2017
17:58
4026

Yoahim Löv: Azərbaycan millisində böyük irəliləyiş hiss olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məqsəd aydındır. Bura 3 xal üçün gəlmişik. Ümumilikdə məqsədimiz yayadək bütün oyunlardan qalib ayrılmaqdır. Qarşıda San-Marino ilə oyunumuz da var. Xal itirməməliyik. Uçuş və vaxt dəyişikliyi nəzərə alınası faktorlardır. Amma bunlar bəhanə olmamalıdır.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə keçirilən mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran 57 yaşlı mütəxəssis bildirib ki, Xedira, Draksler və Qomesin vəziyyəti yaxşıdır. 

“Məsut Özillə bağlı vəziyyət naməlumdur. Dünən də, bu gün də Özil məşq etməyib. Sabahadək vəziyyətə baxacağıq. Ter Ştegen İngiltərəyə qarşı yaxşı oynadı. Amma digərləri də məşqlərdə yaxşı təsir bağışlayırlar. Ona görə də oyun öncəsi kimin start heyətdə yer alacağına qərar verəcəyik”, - deyə alman mütəxəssis qeyd edib.

Yoahim Löv bildirib ki, Azərbaycan yığmasında böyük irəliləyiş hiss olunur:

“Oyun baxımından xeyli artım baş verib. Son oyunlardakı nəticələr də dediklərimi təsdiqləyir. Komanda Norveçə qalib gəlib Çexiya ilə heç-heçə oynayırsa, deməli inkişafdan danışmaq olar. Azərbaycan müdafiə olunmağı bacarır, taktiki planı inkişaf etdirib. Ümumi götürdükdə, inkişaf nəzərə çarpır. Dörd oyundan yeddi xal yaxşı başlanğıcdır. Çexiya və Şimali İrlandiya növbəti oyunlarda bir çox məsələ həllini tapacaq. Bunlar baş versə, niyə də yox?”

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri