25 
Mar
2017
21:15
294
42
9306
Virtual karabakh

Rəşad Sadıqov: Renatın Azərbaycanı seçməsi sevindiricidir

25 Mar, 2017
21:15
9306

Rəşad Sadıqov: Renatın Azərbaycanı seçməsi sevindiricidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qrupun növbəti matçına çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Bütün komandalar arasında ən güclüsüdür. Əlimizdən gələni edəcəyik ki, maraqlı oyun alınsın. 

Almaniya İrlandiya kimi atletik futbola, uzun ötürmələrə üstünlük verən yox, hərtərəfli oyun sərgiləyən komandadır. Bundestim xırda səhvi belə bağışlamayan komandadır. Belə oyunlarda çox danışmaq yox, meydanda özünü göstərmək lazımdır”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Almaniya yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

35 yaşlı müdafiəçi bildirib ki, oyuna bütün biletlərin satılması sevindirici hal, əlavə stimuldur:

“Rəqib üçün bu qədər azarkeş qarşısında oynamaq problem yaradacaq. Bu, bizim üçün böyük fürsətdir. 

Öz azarkeşlərimiz, Respublika stadionunda oynamaq üçün darıxmışıq. Çoxdandır belə tribunalar qarşısında oynamırıq. Demək olar ki, boş tribunalara öyrəşmişik”.

Sadıqov Renat Dadaşovun 1 milyon dollar və Bakıda mənzil qarşılığında Azərbaycan yığmasında oynamağa razılıq verdiyinə dair xəbərlərin millinin düşərgəsində mənfi ab-hava yaratmadığını bildirib:

“Düşünmürəm ki, kimsə düşərgəmizdə çaxnaşma yaratmaq istəyir. Mətbuat yazır, təsdiqlənməmiş məlumatdır. Renatın Azərbaycanı seçməsi sevindiricidir. Özü də həm futbolçu, həm də insan kimi seçilir. Ola bilsin, bu addımı kiminsə xoşuna gəlməyib”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri