25 
Mar
2017
23:11
283
52
8050
Virtual karabakh

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib

25 Mar, 2017
23:11
8050

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Cavid Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev "11-liy"inə güvənəcəyini bildirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri