26 
Mar
2017
20:00
19
146
3292
Virtual karabakh

Renat Dadaşov Almaniya yığmasına qarşı oynamayacaq

26 Mar, 2017
20:00
3292

Renat Dadaşov Almaniya yığmasına qarşı oynamayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Frankfurt “Ayntraxt”ından Azərbaycan milli komandasına çağırılmış futbolçu Renat Dadaşov 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniya milli komandasına qarşı oynamayacaq.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, 18 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. UEFA-nın saytında dərc olunmuş siyahıda Azərbaycan millisinin oyuna 23 oyunçu ilə çıxacağı göstərilib. Onlar arasında R.Dadaşov yoxdur.

Ümumilikdə Prosineçki 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçuya güvənəcək. Artıq o, əsas heyəti də açıqlayıb. Belədə ilk “11-lik” və ehtiyat oyunçular belə olacaq:

Azərbaycan: 1.Kamran Ağayev, 2.Qara Qarayev, 3.Məhəmməd Mirzəbəyov, 4.Pavel Paşayev, 6.Bədavi Hüseynov, 13.Dmitri Nazarov, 14.Rəşad Sadıqov, 16.Cavid Hüseynov, 19.Rahid Əmirquliyev, 20.Ramil Şeydayev, 22.Əfran İsmayılov.

Ehtiyat oyunçular: 12.Anar Nəzirov, 23.Aqil Məmmədov, 5.Maksim Medvedev, 17.Ürfan Abbasov, 21.Tərlan Quliyev, 7.Araz Abdullayev, 8.Eddi İsrafilov, 9.Elvin Məmmədov, 15.Emin Mahmudov, 10.Ruslan Qurbanov, 11.Deniz Yılmaz, 18.Ağabala Ramazanov.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri