26 
Mar
2017
21:54
70
376
12793
Virtual karabakh

Azərbaycan millisi Almaniya yığmasına uduzub - YENİLƏNİB + VİDEO

26 Mar, 2017
21:54
12793

Azərbaycan millisi Almaniya yığmasına uduzub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, C qrupunda V tur matçında rəqib Almaniya yığması olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Əfran İsmayılovun ötürməsindən sonra Dmitri Nazarov vurub.

Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi
C qrupu

26 mart

20:00 Azərbaycan - Almaniya - 1:4

Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır).

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:47

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabı açıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, Andre Şürrle 81-ci dəqiqədə komandasının 4-cü, özünün isə matçda 2-ci  qolunu vurub.

20:55

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, Mario Qomes 45-ci dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:3.

Qeyd edək ki, birinci hissə bu hesabla başa çatıb.

20:40

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, Tomas Müller 36-cı dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:2. 

Hazırda birinci hissə davam edir.

20:35

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda hesab  bərabərləşib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, Dmitri Nazarov hesabı bərabəırləşdirib.

O, milli komandamızda 6-cı qolunu vurub. 

20:26

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununa başlayıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivlə Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması arasında oyuna start verilib.

Oyunda hesab açılıb. Almaniya yığmasının oyunçusu Sürrie 19-cu dəqiqədə komandasını hesabda irəli çıxarıb:

Azərbaycan – Almaniya - 0:1

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri