26 
Mar
2017
22:28
94
107
4570
Virtual karabakh

Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq

26 Mar, 2017
22:28
4570

Deniz Yılmaz: Qrupdan çıxacağımıza inanırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Almaniya yığmasına evdə 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.

Oxu.Az xəbər verir ki, Türkiyə “Bursaspor”unun hücumçusu Report-un da suallarını cavablandırıb.

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə şey yoxdur.

- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem olmadı?

- Xeyr, problem deyil. Baş məşqçi Robert Prosineçki necə qərar versə, ona hörmətlə yanaşacağam. Heyəti belə müəyyənləşdiribsə, bunun əleyhinə çıxa bilmərəm.

- Bir zamanlar Tomas Müllerlə Almaniya “Bavariya”sında birgə çıxış etmişdin. Onunla aranızda dialoqun oldu. Nədən söhbət etdiniz?

- Hələ dəyişən bir şey yoxdur. Müller köhnə komanda yoldaşımdır. Bir-birimizi yaxşı anlayırıq. Yenidən ünsiyyətdə olduğumuz üçün xoşbəxtik.

- Millinin qrupdan çıxma şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri