27 
Mar
2017
08:55
18
64
5349
Virtual karabakh

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib – NƏTİCƏLƏR

27 Mar, 2017
08:55
5349

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib – NƏTİCƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib.

Oxu.Az Apa-ya istinadən xəbər verir ki, C, E və F qrupundakı oyunlarla V tura yekun vurulub.

Həftənin son oyun günü Azərbaycan yığmasının yer aldığı C qrupunda da görüşlər baş tutub. Millimiz Almaniyaya məğlub olub, Çexiya asan San-Marino səfərində 6 qol vurub. Norveç isə Şimali İrlandiya səfərində məğlub olub - 0:2.

Bundan başqa, E qrupunda Polşa Monteneqronu məğlub edib.

Şotlandiya ilə Sloveniya arasındakı F qrupunun mərkəzi oyununda isə birincilər seviniblər.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

26 mart

C qrupu

San-Marino – Çexiya - 0:6

Qollar: Barak, 17, 24, Darida, 19, 77, Cebre Salesie, 26, Krmençik, 43

Azərbaycan – Almaniya - 1:4

Qollar: Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 37, Qomez, 45

Şimali İrlandiya – Norveç - 2:0

Qollar: Vard, 2, Vaşinqoton, 33

E qrupu

Ermənistan – Qazaxıstan - 2:0

Qollar: Mxitaryan, 73, Aras Özbiliz, 75

Monteneqro – Polşa - 1:2

Qol: Muqosa, 63 - Levandovski, 40, Pişçek, 82

Rumıniya – Danimarka - 0:0

F qrupu

İngiltərə - Litva - 2:0

Qollar: Defo, 22, Vardi, 66

Malta – Slovakiya - 1:3

Qollar: Farruqia, 32 - Vays, 2, Qrequs, 41, Nemec, 84

Şotlandiya – Sloveniya - 1:0

Qol: Martin, 88

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri