27 
Mar
2017
09:22
203
69
3734
Virtual karabakh

Kamran Ağayev Azərbaycanın ən çox top buraxan qapıçısı oldu

27 Mar, 2017
09:22
3734

Kamran Ağayev Azərbaycanın ən çox top buraxan qapıçısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb.

Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, qolkiperin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib.

“DÇ-2018”-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən Ağayev 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top Bundestimin bu matçda 3-cü qolu olub. Kamran da bununla 100-ə çatıb.

4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.

Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri