27 
Mar
2017
12:56
8
67
1427
Virtual karabakh

“Formula 1”: Avstraliya Qran-Prisi – VİDEO

27 Mar, 2017
12:56
1427

“Formula 1”: Avstraliya Qran-Prisi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci il mövsümündə “Formula 1”-də reqlament ciddi şəkildə dəyişib. 

Oxu.Az xəbər verir ki, martın sonunda dünya çempionatı birinci mərhələ üçün yeni avtomobillər, yeni şinlər və Berni Ekklstoun, Ron Dennis, hazırkı çempion Niko Rosberq və “Manor” komandası olmadan yeni sahiblər ilə Avstraliyaya gəlib.

Startda ciddi səhvlərə yol verilmədi. Hemilton liderliyi qoruyub saxladı. Maqnussen üçüncü döngədə Erikson ilə toqquşub – idmançılar yoldan çıxıblar, amma yenidən trasa qayıdıblar. Peres Kvyatı geridə qoyub. Stroll beş addım irəliləyərək 14-cü pillədə qərarlaşıb. 

İlk qələbəsini Sinqapurda qazanan Sebastyan Fettel (Ferrari) karyerasında 43-cü dəfə qələbə çalaraq Avstraliya Qran-Prisinin qalibi olub. Lyuis Hemilton ikinci olub, “Mercedes” komandasında yarışan Valtteri Bottas ilk dəfə podiuma qalxıb. 

Hibrid avtomobillər erasında ilk dəfə “Ferrari” Konstruktorlar kubokunda liderlik edir. İki həftə sonra yarış Çin mərhələsi ilə davam edəcək. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri