27 
Mar
2017
18:35
27
150
6054
Virtual karabakh

Diqqət: Bu ərazilərdə avtomobil saxlamayın

27 Mar, 2017
18:35
6054

Diqqət: Bu ərazilərdə avtomobil saxlamayın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Formula 1” yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 23-25 iyunda paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.

“Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq. Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar”, – məlumatda bildirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri