28 
Mar
2017
18:43
48
190
3793
Virtual karabakh

“Salam Bakı – könüllülərin himni”nin klipi təqdim olunub – VİDEO

28 Mar, 2017
18:43
3793

“Salam Bakı – könüllülərin himni”nin klipi təqdim olunub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayevanın birgə ifa etdiyi “Salam, Bakı – Könüllülərin himni”nin klipi təqdim olunub.

Oyunlarının Əməliyyat Komitəsindən Oxu.Az-a verilən məlumata görə, himndə pop janrından istifadə olunsa da, milli musiqi alətləri olan tar, qaval, zərb alətlərinin də ifası var.

Himn T.Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülər və “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılarla birlikdə oxunur.

Qeyd edək ki, “Salam Bakı – Könüllülərin himni”nin sözləri Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərova, musiqisi isə ulduz səfir Tünzalə Ağayeva məxsusdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri