28 
Mar
2017
22:17
295
19
4269
Virtual karabakh

Avropa çempionatının ilk günü güləşçilərimiz üçün uğurlu olub

28 Mar, 2017
22:17
4269

Avropa çempionatının ilk günü güləşçilərimiz üçün uğurlu olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ilk yarış günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıblar. Avropa çempionu adını 65 kq çəkidəki Teymur Məmmədov qazanıb. Rusiya, Slovakiya, Ukrayna və İsveçrə pəhləvanları üzərində qələbədən sonra T.Məmmədov finala yüksəlib.

Həlledici görüşdə türkiyəli Haydar Yavuz zədəsini səbəb göstərərək, mübarizə aparmaqdan imtina edib. Bu səbəbdən Azərbaycan təmsilçisi qalib elan olunub.

Bürünc medalı 74 kq çəkidə yer alan İsmayıl Abdullayev əldə edib. İlk iki görüşündə isveçli və litvalı rəqiblərini üstələyən Abdullayev yarımfinalda fransalı pəhləvana yenilib. Lakin 3-cü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçı 12:11 hesabı ilə yenib məğlub edib.

57 kq çəkidə yarışan Pərviz İbrahimov bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzaraq, 5-ci yerlə kifayətlənib. 97 kq çəkidəki Pərviz Axundov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri