29 
Mar
2017
13:40
11
80
2394
Virtual karabakh

FİDE prezidenti onu devirmək istəyən şəxslərin adlarını açıqlayıb

29 Mar, 2017
13:40
2394

FİDE prezidenti onu devirmək istəyən şəxslərin adlarını açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov onu devrimək istəyən şəxslərin adlarını açıqlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rusiyalı funksioner müavini Georgios Makropulosla təşkilatın icraçı direktoru Naycel Frimenin təxribata əl atdıqlarını bildirib.

K. İlümjinov deyib ki, martın 27-də FİDE-nin rəsmi saytında onun prezident postundan istefa verməsi ilə əlaqədar yerləşdirilmiş xəbərlə bağlı daxili araşdırma başlanılıb. Onun sözlərinə görə, adları qeyd olunan şəxslər çevrilişə cəhd ediblər: “FİDE-nin rəsmi saytında mənim istefa verməyimlə bağlı xəbər peyda olan zaman Naycel Frimendən təkzib yayımlanmasını tələb etmək istədim. Ona mesaj yazdım və zəng etdim. Lakin o, telefonu söndürmüşdü. Eyni şeyi Georgios Makropulos da etmişdi. Hərçənd, dəqiq bilirəm ki, həmin vaxt hər ikisi Afinada, FİDE-nin ofisində olublar. Görünür, kiçik bir inqilab etmək istədilər. Çevrilişə cəhd göstərdilər. Necə ki, daha əvvəl teleqrafı ələ keçirmişdilər. Yəqin, onlar öz isti yerlərini itirməkdən qorxurlar. Özüm onları istefaya göndərə bilmərəm. Halbuki, onlara inanırdım”.

Qeyd edək ki, martın 27-də FİDE-nin rəsmi saytında Kirsan İlümjinovun qurumun prezidenti postundan istefa verməsi ilə bağlı xəbər yerləşdirilsə də, rusiyalı funksioner bunu təkzib edib. O, 1995-ci ildən təşkilata rəhbərlik edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri