29 
Mar
2017
15:50
71
10
2934
Virtual karabakh

DÇ-2018-in seçmə turunun növbəti matçları keçirilib – VİDEO

29 Mar, 2017
15:50
2934

DÇ-2018-in seçmə turunun növbəti matçları keçirilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən DÇ-2018-in Cənubi Amerika seçmə turniri çərçivəsində növbəti matçları keçirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Braziliyanın yığması Paraqvay komandasını məğlub edərək turnirin final raunduna keçib. San-Pauluda keçən oyun ev sahiblərinin qələbəsi ilə 3:0 hesabı ilə başa çatıb. 

Braziliyalılar 14 matçdan sonra 33 xal toplayıblar. Onlar KONMEBOL zonasının seçmə qrupunda liderlik edirlər. 
Qollar: Koutinyo, 34. Neymar, 64, Marselo 85 vurub. 

Argentina yığması Boliviyaya 2:0 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Messi mart ayının 24-də Çili yığması ilə görüş zamanı hakimi təhqir etdiyi üçün oyundan kənarlaşdırıldığına görə, bu matçda iştirak edə bilməyib. 
Qollar: Arse, 31. Moreno, 52. 

Həmin Uruqvay komandası Limada Peru komadasına 1:2 hesabı ilə məğlub olub.  
Qollar: Karlos Sançes, 30. Xose Qerrero, 35. Edison Flores, 62. 

Çili Venesuela komandasına qalib gəlib 3:1.
Qollar: Aleksis Sançes, 4. Esteban Parades, 7, 22. Xose Rondon, 63. 

Kolumbiya yığması Ekvadora 0:2 hesabı ilə qalib gəlib.
Qollar: Hames Rodriges, 20. Xuan Kuadrado, 34.

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri