29 
Mar
2017
23:23
269
14
2678
Virtual karabakh

Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazanıblar

29 Mar, 2017
23:23
2678

Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, ikinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

Belə ki, 61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. İsveçrə təmsilçisini tam üstünlüklə məğlub edən Ə.Rəhimzadə çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda Rusiya idmançısından da üstün olan Hacımurad Avropa çempionatının qızıl medalına sahib olub.

86 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz İsveçrə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibini üstələyən K.Əliyev çempionatın bürünc medalını qazanıb.

Beləliklə, U-23 Avropa çempionatında iki gün davam edən sərbəst güləş yarışlarını yığmamız 2 qızıl və 3 bürünc medalla tamamlayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri