30 
Mar
2017
11:45
153
54
1826
Virtual karabakh

İslamiadaya gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

30 Mar, 2017
11:45
1826

İslamiadaya gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.

O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: “Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq”.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri