30 
Mar
2017
15:46
130
25
2728
Virtual karabakh

Lionel Messi FİFA-dan üzr istəyib

30 Mar, 2017
15:46
2728

Lionel Messi FİFA-dan üzr istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə matçında davranışına görə üzr istəyib.

Oxu.Az bu barədə Rambler.news-a istinadən xəbər verir. 

Xatırladaq ki, görüş 1:0 hesabı ilə başa çatıb, yeganə qolu Messi vurub. Oyundan sonra qalmaqal yaranıb, FİFA Leonu arbitri təhqir etməkdə ittiham edib. Hakimlər argentinalıdan heç bir təhqir eşitmədiklərini iddia ediblər. Buna baxmayaraq, ali futbol qurumu 30 yaşlı hücumçunu 4 oyunluq cəzaya, 10 min İsveçrə frankı məbləğində cəriməyə məruz qoyub. Cəza yalnız Argentina yığmasının rəsmi oyunlarına şamil olunur. Komandanın liderinin oyundan kənarlaşdırılması Boliviya ilə matçın 0:2 hesabı ilə bitməsinə səbəb olub. 

Hakimə qarşı nalayiq söz işlətmədiyini qeyd edən Messi ədalət təmsilçisi ilə dostcasına söhbət etdiyini vurğulayıb. O, öz-özünə danışdığını, yanlış anlaşılmaya görə üzr istədiyini bildirib.

“Köməkçi-hakimi təhqir etməklə bağlı ittihamı tamamilə inkar edirəm. O, braziliyalıdır və nə dediyimi əla başa düşürdü. Hətta aramızda dostcasına söhbət oldu. Dediyim sözlər onun ünvanına olmayıb. Bu sözləri havaya, öz-özümə deyirdim. Şübhəsiz, dediklərimə görə üzr istəyirəm”.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri