16 
Apr
2017
23:15
267
26
4029
Virtual karabakh

Qurban Qurbanov: Dördüncü dəfə çempion olmaq çox xoşdur

16 Apr, 2017
23:15
4029

Qurban Qurbanov: Dördüncü dəfə çempion olmaq çox xoşdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmiz idi. Buna nail olmaq bizim üçün xoşdur. “İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdır. Onlara uğurlar arzulayıram. İstərdim ki, şəraitləri düzəlsin, imkanları genişləsin".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İnter”i səfərdə 3:0 hesabı ilə yenərək, çempion olduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra deyib.

Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız 5-ci dəfə çempion oldu. Bunu sizin üçün ideal saymaq olar?

- Mənim tərəfimdən əla qiymət verməliyik. Amma hər şey ideal deyil. Ardıcıl 4-cü dəfədir çempionluq bizə nəsib olur. Bəzən futbolçular titul qazanandan sonra həvəsdən düşürlər. İstəməzdik ki, bizdə də belə olsun.

- Mayın 5-də “Qəbələ” ilə keçirəcəyiniz Azərbaycan Kubokunun final matçını düşünərək, növbəti iki turda əsas heyətə istirahət verəcəksiniz?

- Dördüncü dəfə çempion olmaq çox xoşdur. Bu, bizim işimizdir. İdmançı daim maksimum nəticə üçün meydana çıxmalı, özünü yaxşı formada saxlamalıdır. Çətin olsa da, bunu bacardıq. Bu, kubokun final matçına əlavə motivasiya verəcək. Amma kubok tam fərqli turnirdir. Qalan iki matçda oyunçulara istirahət verməyəcəyik. Bu il cəmi 14 oyun keçirmişik, bu da çox azdır. Oyun təcrübəsini artırmalıyıq. Zədə alan oyunçularımız oldu. Məsələn, Riçard Almeyda bir neçə matçı buraxdı. Bu barədə düşünmürəm. Əksinə, qalan görüşlərdə də kim hazır olsa, ona şans verəcəyik. Çünki istirahət etməyə vaxtları olacaq. Zədəli futbolçularımız da yavaş-yavaş geri qayıdırlar. Onların təcrübə toplamağa ehtiyacları var.

- Düşünmək olarmı ki, sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaqsınız?

- Çempionatın sonuna qədər buna vaxt ayıracağam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Yaxşı, geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir.

Hansı mövqelərə daha çox ehtiyacınız var?

- Hər bir turnirin maksimumu var. Bu gün ölkə çempionatında maksimum çempionluqdur. Hər xətdə dəyişikliyə ehtiyacımız var. Bu, o demək deyil ki, o xətlərdə problemimiz var.

Danışıqlar apardığınız oyunçular arasında yerlilər varmı?

- Hazırda yoxdur.

Bədavi Hüseynov və Dani Kintananın hazırkı durumu necədi?

- Kintana ancaq yay toplanışında komandaya qoşulacaq. Bədavi isə məşqlərə başlayıb. Ağrısı yoxdur. Qarşıdakı oyuna bir həftə vaxt var. Ola bilsin ki, ona qədər hazır olsun.

Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarınızda dəyişikliyə səbəb olacaq?

- Toplanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət etmirlər. Zədələr də belə yüklənmələrdən əmələ gəlir. Bu, bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər. Millimizin toplanışı olacaq. Bildiyim qədərilə mayın 15-dən toplaşırlar. Ümid edirəm ki, qarşıdakı günlərdə proqramımızı müəyyənləşdirəcəyik.

- “Neftçi” ilə son turdakı matçın prinsipiallığı nə dərəcədə qalıb?

- “Neftçi” və “Qarabağ” ölkənin ən köklü iki klubudur. Bu komandaların oyunlarında azarkeş həmişə maraqlı oyun gözləyib. Çalışacağıq baxımlı oyun göstərək ki, azarkeşlər zövq alsınlar. Oyunumuzla, davranışımızla onları stadiona cəlb etməyə çalışmalıyıq. “Neftçi” və “Qarabağ” bu baxımdan bir nömrədirlər.

Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdınız?

- Ötən oyunda əsas heyətdə meydana çıxmağa tam hazır deyildi. Bu gün də tam hazır deyildi. Bilirdik ki, 90 dəqiqə meydanda ola bilməz. Ona görə də ikinci hissədə əvəzlədim. Yorğun halda meydanda saxlamağın bir faydası yoxdur. 60 dəqiqə bütün gücünü göstərdi. Düşünürəm ki, qarşıdakı oyuna daha hazırlıqlı olacaq.

Rəşad Sadıqovun komandası U-19 liqasında çempionluğa çox yaxındır. Sizcə, onun üçün hansı çempionluq daha əzizdir?

- Bunu mən deyə bilmərəm. Çox istəyirəm ki, Rəşad ilk məşqçilik ilində çempion olsun. Komandası hazırda 1-ci pillədə gedir. Məşqçiliyə başlayanda çempionluq əldə etmək asan deyil. Rəşadın yaxşı məşqçi olmaq üçün böyük potensialı var. Birdən-birə belə uğur onun gələcək işinə də müsbət təsir edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri