17 
Apr
2017
14:44
69
34
2435
Virtual karabakh

“Neymar Jr’s Five” futbol turnirinin növbəti seçim mərhələləri sona çatıb – FOTO

17 Apr, 2017
14:44
2435

“Neymar Jr’s Five” futbol turnirinin növbəti seçim mərhələləri sona çatıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın regionlarında Neymarın imzası ilə keçirilən “Neymar Jr’s Five” futbol turnirinin Gəncə və Şəki mərhələsi başa çatıb.

Oxu.Az xəbər verir ki, Gəncədə seçim mərhələsi Heydər Əliyev meydanında, İcra Hakimiyyəti binasının qarşısında keçirilib və mərhələdə 32 komanda iştirak edib. Finala “Liverpool” və “Gəncə Dövlət Universiteti” komandaları çıxıb.

Görüşün əsas vaxtı 1-1 hesabıyla başa çatdığından qaydalara uyğun olaraq “Qızıl Qol” elan olunub. Bu, o deməkdir ki, hər komandadan bir nəfər uduş qoluna kimi təkbətək yarışaraq mübarizəni davam etdirir.

“Qızıl qol”u “Gəncə Dövlət Universiteti”nin oyunçusu vurub və bununla da komandasına Bakıda milli finalda oynamaq imkan qazandırıb. 

Təşkilatçılar əzmkar və layiqli mübarizə aparan “Liverpool” komandasını da Bakı finalına dəvət edərək gəncəlilərə sürpriz ediblər.

Şəkidə isə 16 komanda arasında fəal mübarizə nəticəsində “Gənclik” komandası qalib gəlib. Onlar da qələbəni “Qızıl Qol” nəticəsində əldə ediblər.

Turnirin digər seçim mərhələləri Quba və Bakı şəhərlərində olacaq. Milli final isə mayın 6-sı Bakıda keçiriləcək və qalib komanda Neymarın vətəninə - Braziliyaya bilet qazanacaq.

 

İsmayıl Nur

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri