17 
Apr
2017
12:52
591
24
7606
yuxarı
Rafael Ağayev çempion oldu
17 Apr, 2017
12:52
7606
591
24
Rafael Ağayev çempion oldu
Tanınmış karateçi, 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev növbəti dəfə çempion olub.
Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, Mərakeşdə keçirilən “Karate1” yarışında iştirak edən təmsilçimiz ardıcıl 6 yarışda rəqiblərini məğlub edib.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə çıxış edən idmançımız finalda Səudiyyə Ərəbistanından olan Raef Alturkistani ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək