18 
Apr
2017
13:30
19
84
1625
Virtual karabakh

“Sumqayıt” klubu və futbolçuları 4000 manat məbləğində cərimələnib

18 Apr, 2017
13:30
1625

“Sumqayıt” klubu və futbolçuları 4000 manat məbləğində cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbolçu Nicat Muxtarov hakimlər briqadasını təhqir edib.

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunu 4000 manat cərimələyib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komandanın futbolçularının “Zirə” ilə Azərbaycan Premyer Liqasının XXVI tur matçındakı davranışları səbəb olub.

Klub 5 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 800 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra isə yarımmüdafiəçi Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Sumqayıt” isə 3200 manat cərimə olunub.

Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşü FİFA referisi Əliyar Ağayev idarə edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri