19 
Apr
2017
13:10
171
24
5278
Virtual karabakh

“Formula-1”-də qalmaqal: Milyarder həbs olundu – FOTO

Beynəlxalq “Formula-1” avtoçempionatında çıxış edən “Force İndia” komandasının sahibi, milyarder iş adamı Vicay Mallya Londonda həbs olunub.

Oxu.Az milli.az a istinadən bildirir ki, Hindistandan olan 61 yaşlı milyarder fırıldaqda, saxtakarlıqda və çirkli pulları yumaqda suçlanır.

Dünən o, London Məhkəməsinə cəlb olunub. Məhkəmənin qərarına görə, V.Mallya vətəni Hindistana ekstradisiya ediləcək. O, fevralın 8-dən bəri Hindistanda axtarışdadır.

Yerli banklar ondan 1,45 milyard dollara çatan borcları almağa çalışırlar.

Hindistanın ən zəngin iş adamlarından olan V.Mallya 2007-ci ildə holland tərəfdaşları ilə birlikdə “Formula-1”dəki “Spyker” komandasını 88 milyon dollara satın alıb. 2008-ci ildə bu komandanın adı dəyişdirilərək “Force İndia” olmuşdu.

Ötən mövsümdə komanda “Formula-1”in Konstruktorlar Kubokunda 4-cü yeri tutmuşdu.

Bu mövsümdə isə “Force İndia” çempionatda 4-cü mövqedədir.

Vicay Mallya atasına məxsus “United Breweries Limited” korporasiyasına 28 yaşı olanda rəhbərlik etməyə başlayıb.

Hindus milyarder bu şirkətin əsas aktivlərindən olan “United Spirits”i spirtli içkilər istehsalı bazarının nəhəngi sayılan “Diageo”ya satıb.

Daha sonra o, “Kingfisher Airlines” aviaşirkətini yaratmışdı. Aviaşirkət sürətlə böyüsə də, 2008-ci ildəki qlobal maliyyə böhranından zərər çəkmişdi.

Zərərlərin fəsadlarını aradan qaldırmaq üçün Mallya milyardlarla dollarlıq kreditlər götürmüşdü.

2012-ci ildə oktyabrında aviaşirkətin əməkdaşları aylarla maaş almadıqları üçün tətilə çıxdılar, aviaşirkət uçuşları dayandırdı. 2013-cü ilin fevralında isə “Kingfisher Airlines”in fəaliyyət lisenziyası ləğv olundu.

A.M.

www.oxu.az

Digər İdman xəbərləri