19 
Apr
2017
20:57
296
14
4786
Virtual karabakh

Sergey Karyakin Vüqar Həşimovun məzarını ziyarət edib – FOTO

Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib. 

Oxu.Az xəbər verir ki, məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb. 

Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub. 

“ShamkirChess 2017” turnirinin mətbuat xidməti xəbər verir ki, qrossmeyster sonra Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi turnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.

Qeyd edək ki, “Synergy Group” və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “ShamkirChess2017” turnirinin təntənəli açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq açılış saat 18-30-da başlayacaq.

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İdman xəbərləri