20 
Apr
2017
09:45
224
81
10174
Virtual karabakh

Çempionlar Liqasında son iki yarımfinalçı da məlum olub – YENİLƏNİB + FOTO + VİDEO

20 Apr, 2017
09:45
10174

Çempionlar Liqasında son iki yarımfinalçı da məlum olub – YENİLƏNİB + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Çempionlar Liqasında son iki yarımfinalçı müəyyənləşib.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bunlar Fransanın “Monako” və İtaliyanın “Yuventus” klublarıdır.

İkinci oyun günündə “Monako” Almaniyanın “Borussiya” (Dortmund), “Yuventus” isə İspaniyanın “Barselona” komandasını mübarizədən kənarlaşdırıb. Leonardo Jardimin baş məşqçi olduğu komanda Dortmundda olduğu kimi, Monakoda da 3 qol vurmağı bacarıb. Massimiliano Alleqrinin kollektivi Barselonada qapısının toxunulmazlığını qoruyub.

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 0:0

Baş hakim: Byorn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

22:50. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) - 3:1

Qol: Kilian Mbappe, 3. Radamel Falkao, 17. Valere Jermen, 81 - Marko Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2

Qeyd edək ki, ilk oyun günündə İspaniyanın “Real Madrid” və “Atletiko” klubları da yarımfinala yüksəlib. Növbəti mərhələnin püşkü aprelin 21-də atılacaq.

00:41

Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, doğma meydanda İspaniyanın “Barselona” klubunu 3:0 hesabı ilə məğlub edən “Yuventus” səfərdə də inamlı təsir bağışlayaraq adını növbəti mərhələyə yazdırıb.

“Kamp Nou” arenasında keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Paralel keçən matçda Fransanın “Monako” klubu Almaniyanın “Dortmund” komandasını 3:1 hesabı ilə məğlub edib. İlk görüşdə də qələbə qazanan (3:2) fransızlar yarımfinal mərhələsinə vəsiqəni təmin ediblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri