20 
Apr
2017
08:52
57
9
1535
Virtual karabakh

Avro - 2017: Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

20 Apr, 2017
08:52
1535

Avro - 2017: Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün cüdo üzrə Avropa çempionatının püşkü atılıb.

Oxu.Az-ın Apasport.az saytına istinadla məlumatına görə, Polşanın paytaxtı Varşavada keçiriləcək və bu gün start götürəcək qitə birinciliyində fərdi proqramda 11 idmançımız mübarizə aparacaq.

Artıq onların ilk rəqibləri müəyyənləşib.

60 kq çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.

66 kq çəkidə yarışacaq Nicat Şıxəlizadə isə çempionata 1/16 finaldan başlayacaq. İdmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdır.

73 kq çəki dərəcəsində iki cüdoçumuz tatami üzərinə çıxacaq. Hər iki idmançımız yarışa 1/16 finalla start verəcək.

Rüstəm Orucov Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya), Hidayət Heydərov isə Reqimantas Ribinas (Litva) / Xavyer Ramirez (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-dakı tək təmsilçimiz Rüstəm İsmayılov da Avropa çempionatına 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi isə estoniyalı Kriste Toniste olacaq.

90 kq çəkidə də bir idmançı ilə təmsil olunacağıq. Məmmədəli Mehdiyev 1/16 finalda moldovalı İon Dumbrava ilə üz-üzə gələcək.

Elmar Qasımov və Elxan Məmmədov ikilisi isə ölkəmizin şərəfini 100 kq çəki dərəcəsində qoruyacaqlar. 1/16 finaldan yarışa start verəcək hər iki təmsilçimiz uyğun olaraq Filipp Qalandi (Almaniya) və D`Arko Vinçenzo (İtaliya) ilə qarşılaşacaqlar.

Kişilər arasında ən ağır çəkidə (+100 kq) mübarizə aparacaq Uşanqi Kokouri isə 1/8 finalda bosniyalı Harun Sadıkoviç ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınların yarışında isə iki cüdoçumuz tatami üzərinə çıxacaq. 48 kq-da Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk, 52 kq çəkidə yarışan Nəzakət Əzizova isə həmin mərhələdə macarıstanlı Reka Pupp ilə üz-üzə gələcəklər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri