20 
Apr
2017
11:57
63
127
3308
Virtual karabakh

Messi oyun zamanı zədə aldı – VİDEO

Argentinalı futbolçu Messi dünənki qarşılaşmada çətin anlar yaşayıb.

Oxu.Az-ın BAKU.WS-ə istinadən məlumatına görə, “Barselona” – “Yuventus” matçının 43-cü dəqiqəsində Messi Pyaniç ilə mübarizədən sonra çox pis şəkildə yerə yıxılıb. 

Matçı ekran başından izləyən futbol həvəskarları qorxu dolu anlar yaşayıb. Messi topu götürə bilmək üçün havaya sıçrayıb və mübarizə zamanı sifəti üstə düşüb. Dərhal tibbi yardım edilən futbolçunun gözünün altında göyərmələr olduğu diqqətdən qaçmayıb.

Dünya ulduzu tibbi yardımdan sonra yenidən oyuna geri dönüb.

N.O.

www.oxu.az

Digər İdman xəbərləri