20 
Apr
2017
14:50
181
17
3026
Virtual karabakh

İdmançılarımız Əbu-Dabidən mükafatla geri döndülər - FOTO

20 Apr, 2017
14:50
3026

İdmançılarımız Əbu-Dabidən mükafatla geri döndülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10-23 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 100-dən çox ölkəni təmsil edən 7000 idmançının iştirak etdiyi Braziliya ciu-citsusu üzrə Dünya Çempionatında ölkəmizi Azərbaycan Ciu-Citsu Milli Federasiyasının yığma komandası təmsil edib.

Bu barədə Oxu.Az-a federasiyanın vitse-prezidenti Azər Bəydullayev məlumat verib.

Yığmamız yarışda baş məşqçi Azər Bəydullayev, uşaq və yeniyetmələrin məşqçisi Nurəddin Daşdəmirov, idmançılar Anar Camalov, Abutalıb Qurbanov Xaqani Mürsəlovdan ibarət heyətlə çıxış edib.

Ölkəmizi kişilər arasında 94 kq çəki dərəcəsində təmsil edən yığmanın baş məşqçisi A.Bəydullayev 3-cü yer və yeniyetmələr arasında 41 kq çəki dərəcəsində təmsil edən Xaqani Mürsəlov 3-cü yeri qazanaraq bürünc medalla mükafatlandırılıblar.

Yığmamızın digər üzvləri Anar Camalov kişilər arasında 110 kq çəki dərəcəsində 4-cü, Abutalıb Qurbanov yeniyetmələr arasında 50 kq çəki dərəcəsində 5-ci yeri tutub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri