20 
Apr
2017
20:25
15
101
1055
Virtual karabakh

İlümjinov növbəti dəfə FİDE prezidentliyinə namizədliyini irəli sürəcək

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov 2018-ci ildə növbəti dəfə FİDE prezidentliyinə öz namizədliyini irəli sürəcək.

Bu barədə K.İlyumjinov Oxu.Az-a açıqlamasında bildirib. 

“Mən 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçiriləcək FİDE prezidentliyinə növbəti seçkilərdə iştirak edəcəm. Bu mənim arzumdur. FİDE-nin prezidenti seçilsəm növbəti 5 il ərzində dünyada şahmatçıların sayını bir milyarda çatdırmaq fikrindəyəm”.

K.İlümjinov seçkilərdə öz qələbəsinə inandığını vurğulayıb.

Qeyd edək ki, Kirsan İlümjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edir. Beynəlxalq Şahmat Federasiyasının prezidenti bir müddət əvvəl ABŞ-ın sanksiya siyahısına düşüb.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri