20 
Apr
2017
21:43
137
27
2018
Virtual karabakh

“Shamkir Chess 2017” turnirinin açılışı olub - FOTO

Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” super turnirinin açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində FIDE prezidenti Kirsan İlümjinov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak ediblər

Turnir açıq elan edildikdən sonra yarışın püşkü atılıb.

Vüqar Həşimovun xatirəsinə həsr olunan və artıq dördüncü dəfə keçirilən “Shamkir Chess” super turniri dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri hesab edilir. 

Builki turnirdə on tanınmış şahmatçı mübarizə aparacaq. 

Yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (Azərbaycan), Uesli So (ABŞ), Vladimir Kramnik, Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Podoslav Voytaşek (Polşa) və Veselin Topalov (Bolqarıstan) mübarizə aparırlar.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri