20 
Apr
2017
22:28
128
50
2317
Virtual karabakh

FİDE prezidenti: Federasiyanın baş ofisini Bakıda da açmaq olar

20 Apr, 2017
22:28
2317

FİDE prezidenti: Federasiyanın baş ofisini Bakıda da açmaq olar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov təşkilatın baş ofisinin Bakıya köçürməyin mümkün olduğunu bildirib.

Oxu.Az-ın məlumatına görə, K.İlümjinov bu barədə Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2017” turnirinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təkliflərə açıq olduğunu söyləyən FİDE prezidenti əlavə edib ki, bu məsələdə bir çox nüans nəzərə alınmalıdır. 

“Lozanna şəhərindəki kimi vergidən azad olsaq, digər problemlər İsveçrədəki kimi həllini tapsa, qiymətlər ucuz və sərfəli olsa, təbii ki, məmnuniyyətlə razılaşarıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri