21 
Apr
2017
17:32
12
76
1513
Virtual karabakh

“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib

21 Apr, 2017
17:32
1513

“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib.

Oxu.Az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatçı qurum matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 23-də deyil, növbəti gün keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Dəyişikliyə səbəb sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır. Bu görüşün nəticəsindən asılı olaraq komandalara gümüş və bürünc medallar təqdim oluna bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq kuboku və qızıl medallar XXVII turda veriləcək. Ağdam təmsilçisi mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri