22 
Apr
2017
10:38
356
89
28426
Virtual karabakh

Bu video Azərbaycanı dünyaya tanıdacaq

22 Apr, 2017
10:38
28426

Bu video Azərbaycanı dünyaya tanıdacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Açılış Mərasiminə üç həftə qaldığı bir zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Oyunları tanıtdırıcı qısametrajlı reklam filmi hazırlayıb. 

Oxu.Az-ın məlumatına görə, 12-22 may tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək oyunlardan öncə həmin film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.

Milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.

Film paytaxtın ən tanınmış yeni və müasir mematlıq nümunələri ətrafında çəkilib: Heydər Əliyev Mədəniyyət Mərkəzi, Alov Qüllələri və füsunkar Heydər Məscidi. Film həmçinin, ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, YUNESKO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edlimiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.

Azərbaycan mədəni irsinə ehtiramın digər nümunəsi musiqidə əksini tapıb. Melodiya ənənəvi kollektiv rəqs olan Yallının Qobustan ərazisində tapılmış, eramızdan əvvəlki dövrə məxsus zərb aləti qavaldaşla çalınmasından qaynaqlanır.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri