22 
Apr
2017
23:45
767
26
7194
Virtual karabakh

Azərbaycan cüdoçusu Avropa çempionatının qızıl medalını qazanıb

22 Apr, 2017
23:45
7194

Azərbaycan cüdoçusu Avropa çempionatının qızıl medalını qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

Oxu.Az APA-ya istiandən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib. Avropa çempionatının ilk mərhələsindən azad olan Elxan Məmmədov mübarizəyə Vinçenzo d Arko (İtaliya) ilə görüşlə start verib. Rəqibindən üstün olan dünya çempionumuz 1/8 finalda Latviya idmançısı Arturs Nikiforenkoya gücünü göstərib. Məmmədov 1/4 finalda israilli Peter Paltçikdən də güclü olaraq, yarımfinala adlayıb. 
 
Maraqlıdı ki, yarımfinalda Elmar Qasımov və Elxan Məmmədov bir-birləri ilə güləşiblər. Daha güclü olan Məmmədov finala adlayıb. O, fransalı Kiril Mareti ipponla yolundan kənarlaşdıraraq qitənin ən güclüsü adını qazanıb.

Qeyd edək ki, turnirin geridə qalan iki günündə millimiz aktivinə 4 medal yazdırıb. 73 kq çəki dərəcəsində Hidayət Heydərov qızıl medala sahib olduğu halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) “bürünc”lə kifayətləniblər.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri