23 
Apr
2017
21:15
32
77
4029
Virtual karabakh

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib

23 Apr, 2017
21:15
4029

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına start verilib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.

“Zirə” “Neftçi” ilə oyunda 2:2 hesablı heç-heçə etsə də, sonda qonaq komandanın legioner limitini pozması ilə əlaqədar gözlənilən texniki məğlubiyyətə sevinib. Limitin pozuntusu isə 60-cı dəqiqədə edilən əvəzləmə zamanı baş verib. Ruslan Abışovun əvəzində yerli yox, fransalı Huqo Barqas meydana daxil olub. Baş məşqçi Elxan Abdullayev səhvini 3 dəqiqə sonra anlayıb. O, çilili İqnasio Herreranı meydandan alaraq, yerinə Cavid İmamverdiyevi buraxıb. Halbuki hazırkı qaydalara əsasən, meydanda 6 legioner, 5 yerli oyunçu olmalıdır. İlk əvəzləmə vaxtı isə “Neftçi”dəki legionerlərin sayı 7-yə yüksəlib.

Turun digər görüşlərində “Kəpəz” səfərdə “AZAL”-ı, “Qarabağ” isə evdə “Sumqayıt”ı 2:1 hesabı ilə yenib.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri