25 
Apr
2017
18:45
177
21
3515
Virtual karabakh

“Neftçi”nin məşqçiləri cəzalandırılacaqlar

25 Apr, 2017
18:45
3515

“Neftçi”nin məşqçiləri cəzalandırılacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirə” ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozan “Neftçi” klubu AFFA İntizam Komitəsinin tətbiq etdiyi texniki məğlubiyyət cəzasına etiraz etməyəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilir.

“Ağ-qaralar” qərara hörmətlə yanaşdıqlarını və müvafiq tədbir görəcəklərini bəyan edib: “Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.

Qeyd edək ki, “Zirə” ilə oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limiti pozulub. İntizam Komitəsi görüşün nəticəsini ləğv edərək “Neftçi”yə texniki məğlubiyyət verib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri