26 
Apr
2017
10:53
147
12
5329
yuxarı
Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub – VİDEO
26 Apr, 2017
10:53
5329
147
12
Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub – VİDEO
Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində “Bolivar” və “San-Xose” komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub.
Oxu.Az xəbər verir ki, 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar.
“San-Xose”nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş “Bolivar”ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.
S.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək