27 
Apr
2017
23:46
107
39
2541
Virtual karabakh

Şahmatçılar Şəmkirdə futbol oynadılar – FOTO

27 Apr, 2017
23:46
2541

Şahmatçılar Şəmkirdə futbol oynadılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess - 2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. 

Oxu.Az xəbər verir ki, şahmatçılardan ibarət kollektiv, “Synergy Group”, “Media” və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandalar qalib adı uğrunda mübarizə aparıblar.

Püşkatmaya əsasən, ilk görüşdə şahmatçılar və media nümayəndələri qarşılaşıb. Matç bərabərliklə (3-3) başa çatdığından qalib penaltilərlə müəyyən edilib. Media komandası 11 metrlik zərbələrdə daha dəqiq olaraq adını finala yazdırıb.

Digər matçda isə “Synergy Group” və Şəmkir RİH qarşılaşıb. Qarşılaşmanı dölvlət qulluqçuları 5-2 hesabı ilə qalib başa vurub. Final oyununda “Media” və Şəmkir RİH qarşılaşıb. Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları 5-3 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olub. Şəmkir RİH komandası çempionatın təşkilatçıları tərəfindən kubokla mükafatlandırılıb. Qalibə mükafatı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təqdim edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri