27 
Apr
2017
15:58
49
124
5552
Virtual karabakh

Millimiz böyük hesabla uduzdu

27 Apr, 2017
15:58
5552

Millimiz böyük hesabla uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monteneqronun Podqoritsa şəhərində keçirilən 17 yaşadək futbolçular arasında UEFA İnkişaf turnirində II turun oyunları keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan millisi bu dəfə meydan sahibləri ilə qarşılaşıb.

İlk oyunda Bosniya və Herseqovinadan 3 cavabsız qol buraxan yığmamız yenə meydanı başıaşağı tərk edib. Belə ki, Mirbağır İsayevin yetirmələri yenə eyni hesablı məğlubiyyətə üzülüb – 0:3.

Qeyd edək ki, turun digər oyununda Qazaxıstan Bosniya və Herseqovinanı məğlub edib – 2:1.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri